Polşa prezidentinin beynəlxalq məsələlər üzrə nümayəndəsi Marcin Przydacz RMF FM radiostansiyasına deyib ki, Varşava bir neçə MiQ-29 qırıcısını Kiyevə təhvil verib.
“Mən bildiyimə görə, artıq bir neçə MiQ-29 göndərilib.
Przydacz əlavə edib ki, əlində olan məlumata görə, birinci hissənin ötürülməsi artıq başa çatıb.
Onun sözlərinə görə, yaxın bir neçə ildə Polşa bu avadanlıqları daha müasirləri ilə əvəz etməyi planlaşdırıb.
İctimai.az

