Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinq zamanı bildirib ki, ABŞ rəsmiləri ABŞ-ın keçmiş prezidenti Donald Trampın ittiham aktı fonunda vəziyyəti mümkün qədər yaxından izləyirlər və bununla bağlı mümkün zorakılıq alovlarına hazırdırlar.
Bu barədə TASS məlumat yayıb.
“Biz vəziyyəti mümkün qədər yaxından izləyirik. Belə bir ehtiyac yaranarsa, hazır olacağıq, amma ümid edirəm ki, bu baş verməyəcək. ABŞ-da zorakılığa yer yoxdur”, – Kirbi bildirib.
İctimai.az

