Wikipedia qurucusu Cimmi Uels yaxın gələcəkdə onlayn ensiklopediyada məqalələr yazmaq üçün OpenAI-dən GPT süni intellekt dil modelindən istifadə etmək planlarından danışıb.
O, bu barədə “Evening Standard” qəzetinə müsahibəsində bildirib.
“Vikipediyadakı insanlar ehtiyatlı olsalar da, mövcud modellərin kifayət qədər yaxşı olmadığını başa düşürlər, həm də maraqlıdırlar, çünki burada çoxlu imkanlar var” dedi Uels.
O, həmçinin süni intellektin xas problemləri, o cümlədən onun “hallüsinasiya” meyli haqqında fərziyyələr etdi.
“ChatGPT ilə bağlı problemlərdən biri onların halüsinasiyalar adlandırdıqlarıdır. Mən buna yalan deyirəm”, – deyə iş adamı chatbotun qismən yanlış və ya tamamilə yanlış məlumatlar olan cavablarına münasibətini açıqlayıb.
Mənbə: Haberler.com
İctimai.az

