Son zamanlar dünyada getdikcə daha çox ölkə qlobal ehtiyat valyutası kimi ABŞ dollarına alternativ axtarmağa başlayıb.
“The Washington Times” yazır ki, bu tendensiyanın səbəblərindən biri Rusiyaya qarşı beynəlxalq sanksiyalar olub.
Ehtiyat valyutası beynəlxalq əməliyyatları və investisiyaları təmin etmək üçün Mərkəzi Banklara və digər maliyyə orqanlarına məxsus olan xarici hesab vahididir.
Ehtiyat valyutanın başqa bir məqsədi pul saxlamaqdır.
Məqalədə izah edilir ki, son vaxtlar Rusiya, Çin, Braziliya, Hindistan, İndoneziya, Argentina və Cənubi Afrika da daxil olmaqla inkişaf etməkdə olan ölkələr ABŞ dollarına inam səviyyəsini aşağı salaraq, müxtəlif bank və ticarət əməliyyatları üçün milli valyutalardan istifadə etməyə başlayıblar.
İctimai.az
