Luis Enrike “Çelsi” ilə müqavilə bağlamaq üçün Londona gedib

İspaniya millisinin sabiq baş məşqçisi Luis Enrike “Çelsi”ni idarə edə bilər.

Bu barədə jurnalist Jerar Romero Tvitter hesabında məlumat verib.

Mənbənin məlumatına görə, çərşənbə günü səhər ispaniyalı mütəxəssis klubla müqavilə imzalamaq üçün Londona gedib. Qeyd olunur ki, saziş yaxın saatlarda imzalana bilər.

“Çelsi” baş məşqçisi Qrem Potteri istefaya göndərib.

İctimai.az

Oxşar xəbərlər