Fransa prezidenti Emmanuel Makron Çin prezidenti Si Cinpinə simvolik hədiyyələr hazırlayıb.
Bu barədə RTL məlumat yayıb.
Jurnalistlərin məlumatına görə, Emmanuel Makron Si Cinpinə Sevr fabrikinin hazırladığı, çoxlu qızıl balıqlarla bəzədilmiş mavi çini vaza hədiyyə edəcək.
Çində balıq zənginliyin və bolluğun xeyirli simvolu hesab olunur. Yelisey sarayında qeyd edildiyi kimi, bu hədiyyə “Fransız sənətkarlığını, eləcə də əsrlər boyu iki dövləti birləşdirən tarixi əlaqələri” əks etdirir.
Mənbə: BBC.com
İctimai.az

