Yeddilik (G7) ölkələri Ukraynaya təzyiq göstərir ki, ölkə hakimiyyəti hərbi əməliyyatlar zamanı dayandırılmış islahatları davam etdirsin. Xüsusilə, söhbət dövlətin möhkəmləndirilməsi və korrupsiyaya qarşı mübarizə tədbirlərindən gedir.
Bu barədə Bloomberg adı açıqlanmayan avropalı diplomata istinadən yazır.
Agentliyin məlumatına görə, Beynəlxalq Valyuta Fondu (BVF) fəaliyyəti ilə korrupsiyaya əsas verən oliqarxların Ukraynada hakimiyyətə qayıda biləcəyindən ehtiyat edir.
Eyni zamanda, Ukrayna Mərkəzi Bankının keçmiş rəhbəri Valeriya Qontareva bildirib ki, donorlar köhnədən yox, yeni oliqarxlardan qorxurlar.
İctimai.az

