28/06/2026

Google Pixel 7a smartfonu elandan bir ay əvvəl yüksək keyfiyyətli renderlərdə nümayiş etdirilib

Google Pixel 7a smartfonu yüksək keyfiyyətli renderlərdə nümayiş etdirilib.

Bu barədə 9to5Google portalı Onleaks kimi tanınan tanınmış insayder Stiv Hemmerstofferə istinadən məlumat verir.

Xarici olaraq, Google-un orta qiymət seqmentində olan yeni qadceti flaqman Google Pixel 7-yə çox bənzəyir.

Bununla belə, bildirilir ki, Pixel 7a “böyük qardaş”ına nisbətən daha kiçik ekran alacaq – diaqonal 6,1 düym olacaq. Yenilik Tensor G2 prosessoru ilə hesablanır. Şayiələrə görə, smartfon 64 meqapiksellik və 12 meqapiksellik sensorlu əsas kamera, 10,8 meqapiksellik ön kamera, 8 GB əməli yaddaş və 128/256 GB daxili yaddaşa sahib olacaq. 5W sürətli şarj dəstəyi gözlənilir.

İctimai.az

Oxşar xəbərlər