Şərqi Avropa ölkələrində yerləşən bir sıra atom elektrik stansiyalarının rəhbərliyi Rusiya Federasiyasından enerji asılılığının azaldılması strategiyası çərçivəsində Rusiya uranının tədarükündən imtina etməyin yollarını axtarır. B
loomberg xəbər verir ki, Qazaxıstan alternativ mənbələrdən biri hesab olunur və bu, dünya üzrə ümumi uran istehsalının 40%-dən çoxunu təşkil edir.
“Əvvəllər zənginləşdirilmiş uranı Rusiyadan tədarük edən Şərqi Avropadakı bəzi nüvə stansiyaları 2025-ci ildən müqavilə bağlamaq üçün yeni təchizatçılar axtarır.
Geosiyasi qeyri-müəyyənlik nüvə yanacağının axını dəyişir və bəzi elektrik enerjisi istehsalçılarını ehtiyatlar yaratmağa sövq edir. Biz öz ehtiyatlarımızı hasilat üçün hazırlayırıq, ona görə də bazarın tələblərinə cavab verə biləcəyik”, – Qazaxıstanın dövlət uran şirkəti olan Kazatomprom-un baş direktoru Yerjan Mukanov bildirib.
İctimai.az

