Meta şirkəti WhatsApp-a əlavə alətlər olmadan messencer daxilində mal satmaq və almaq imkanı verən pulsuz ödəniş xidmətini inteqrasiya etməyə başlayıb.
Bu barədə Reuters xəbər verir.
Yeni funksiyanın istifadəyə verildiyi ilk ölkə Braziliya olub. Reuters agentliyinin məlumatına görə, Mark Zukerberqin korporasiyası uzun müddət Braziliyanı yeni WhatsApp funksiyaları üçün sınaq meydanına çevirməyi planlaşdırır.
Bildirilir ki, ödəniş sisteminə ilk çıxışı orta və kiçik biznes nümayəndələri arasından “WhatsApp” biznes müştərisinin istifadəçiləri alıb. İri şirkətlər daha sonra yeni xidmətdən istifadə edə biləcəklər.
İctimai.az

