28/06/2026

Şahzadə Harri tacqoyma mərasimindən sonra kral kortejinin bir hissəsi olmayacaq

Şahzadə Harri Vestminster Abbeyində III Çarlzın tacqoyma mərasimindən sonra Bukingem Sarayına gedən yürüşdə iştirak etməyəcək.

Bu barədə Daily Mail yazır.

Sasseks hersoqu ibadətdən sonra kral yürüşündə iştirak etməyəcək və Bukingem sarayının eyvanında və ya digər şənliklərdə kral ailəsinin digər üzvlərinə qatılmayacaq.

Şahzadə Harri atasının tacqoyma mərasimində tək iştirak edəcək. Həyat yoldaşı Meqan Markl, iki övladı Lilibet və Archie ilə birlikdə Kaliforniyada qalacaq.

Mənbə: Gazeta.ru

İctimai.az

Oxşar xəbərlər