Moldova müxalifəti ölkə prezidentinə ikinci vətəndaşlıq verilməsini qadağan etməyə çağırıb

TASS xəbər verir ki, müxalif Kommunistlər Partiyası parlamentə Moldovanın birinci şəxslərinin ikinci vətəndaşlığına məhdudiyyətlərin tətbiqini nəzərdə tutan qanun layihəsi təqdim etməyə hazırlaşır.

Moldova kommunistlərinin lideri Vladimir Voroninin sözlərinə görə, prezident, baş nazir, Nazirlər Kabinetinin nümayəndələri, parlamentarilər və hüquq-mühafizə orqanlarına rəhbərlik edən şəxslər üçün müvafiq məhdudiyyət tətbiq edilməlidir.

“Moldova Respublikasının ləğvini müdafiə edən siyasi partiyaları qanuni olaraq qadağan etmək və cinayət məcəlləsinə ittifaqçılıq üçün cəza tətbiq etmək lazımdır.

Mən dövlətin birinci şəxsləri – prezident, baş nazir, parlament sədri və deputatlar, nazirlər, eləcə də hüquq-mühafizə orqanlarının rəhbərləri üçün ikinci vətəndaşlığa qanunvericiliklə qadağa qoyulmasını təklif etməyi planlaşdırıram”, – deyə Kommunist partiyasının rəhbəri izah edib.

İctimai.az

Oxşar xəbərlər