22/06/2026

İran və Səudiyyə Ərəbistanı Tehran və Ər-Riyaddakı səfirliklərini mayın 9-dək açacaq

İRNA xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin Körfəz ölkələri departamentinin rəhbəri Əlireza Enayəti bildirib ki, İran nümayəndə heyəti Ər-Riyada, Səudiyyə Ərəbistanı nümayəndə heyəti isə iki dövlətin səfirliklərinin fəaliyyətini bərpa etmək üçün birgə işlər çərçivəsində Tehrana səfər edib.

Onun sözlərinə görə, tərəflər konstruktiv danışıqlar aparıblar.

Əlirza Enayati, “Əldə edilmiş razılaşmalara uyğun olaraq, iki ölkənin səfirlikləri mayın 9-dək açılacaq” dedi.

Mənbə: Gazeta.ru

İctimai.az

Oxşar xəbərlər