Samsung Galaxy smartfonlarında Google axtarış sistemindən imtina edə bilər, onu Microsoft-un oxşar inkişafı ilə əvəz edə bilər.
Bu barədə The New York Times xəbər verir.
NYT-nin məlumatına görə, Cənubi Koreya satıcısının başqa tərəfdaş axtarması Google əməkdaşlarını “şoka salıb”. Son vaxtlara qədər Bing axtarış sistemi rəqabətədavamlı deyildi, lakin ona süni intellekt və istifadəçilərlə “ünsiyyət qura bilən” söhbət botu əlavə edildikdə hər şey dəyişdi.
Şirkət işçilərinin şəxsi mesajlarına daxil olan qəzetə görə, Google-un Samsung-un niyyətlərinə reaksiyası “çaxnaşma” olub.
Bütün Galaxy smartfonlarında Google axtarışının quraşdırılmasına zəmanət verən smartfon istehsalçısı ilə bu müqavilə Google-a hər il 3 milyard dollar gəlir gətirir.
Mənbə: AA
İctimai.az

