09/06/2026

Polşada səfərbərlik yoxlamasına başlanılıb

Polşa Milli Müdafiə Nazirliyi ölkədə səfərbərlik yoxlamasına başlanıldığını, bunun 230 min insanı əhatə edəcəyini bildirib.

Bu barədə RİA Novosti Polşa Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.

Qurumdan verilən məlumata görə, çek 2004-cü il təvəllüdlü, eləcə də 1999-2003-cü il təvəllüdlü, hələlik hərbi xidmətə yararlılıq kateqoriyası verilməmiş gəncləri əhatə edəcək. Onlardan əlavə, ötən il və iki il ərzində həkimlər kollegiyasının qərarı ilə hərbi xidmətə müvəqqəti yararsız hesab edilən kişilər ikinci dəfə tibbi müayinədən keçməlidirlər.

Oxşar xəbərlər