“Real Madrid”in və “Arsenal”ın sabiq futbolçusu Məsut Özil siyasi karyerasına Türkiyədə başlamaq qərarına gəlib.
Bu barədə “Türkiyə” qəzeti xəbər verir.
Mənbənin sözlərinə görə, keçmiş futbolçu Türkiyə parlamentinə namizəd olacaq. O, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi hakim partiyaya daxil olmağa hazırlaşır.
Yarımmüdafiəçinin son klubu 2022-ci ilin yayında futbolçusu olduğu Türkiyənin İstanbul Başakşehir klubu olub. Bundan əvvəl o, Türkiyənin “Fənərbaxça”, Almaniyanın “Şalke 04” və “Verder Bremen”, İngiltərənin “Arsenal” və İspaniyanın “Real Madrid” klublarında da çıxış edib.

