16/06/2026

“Bavariya” Maneni mübarizəyə görə klub tarixində rekord cərimə ilə cəzalandırıb

“Bavariya” Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda “Mançester Siti”yə uduzduqdan (0:3) sonra komanda yoldaşı Leroy Zane ilə münaqişəyə görə hücumçu Sadio Maneni cərimələyib.

Mane kluba 350 min avro cərimə ödəyəcək ki, bu da Bild-in məlumatına görə, Münhen klubu üçün rekorddur. “Bavariya”nın heç bir futbolçusu daha əvvəl klub xəzinəsinə cərimə şəklində belə böyük məbləğdə pul ödəməyib.

Müqayisə üçün qeyd edək ki, fransalı yarımmüdafiəçi Frank Riberi 2012-ci ildə hollandiyalı Aryen Robbenlə mübahisəyə görə 50 min avro cərimələnib.

Oxşar xəbərlər