20/10/2026

Boksçu Daniel Holostenko 2 il müddətinə diskvalifikasiya edilib

Boksçu Daniel Holostenko antidopinq qaydalarının pozulmasına görə 24 ay müddətinə sanksiyaya məruz qalıb.

İctimai.az xəbər verir ki, bu barədə AMADA məlumat yayıb.

İdmançı barəsində qəbul edilən qərara əsasən, o, antidopinq qaydalarının 2.4-cü maddəsini — məkan məlumatları ilə bağlı tələblərin pozduğuna görə cəzalandırılıb.

Sanksiya 31 avqust 2026-cı il tarixindən qüvvəyə minib və 31 avqust 2028-ci il tarixində başa çatacaq.

Beləliklə, Daniel Holostenko iki il müddətində diskvalifikasiya olunub.

Qeyd edək ki, antidopinq qaydalarının 2.4-cü maddəsi idmançıların antidopinq nəzarəti məqsədilə tələb olunan məkan məlumatlarını təqdim etməsi və əlçatanlıq tələblərinə əməl etməsi ilə bağlıdır.

Oxşar xəbərlər