26/11/2026

“Sabah”ın qapıçısı Çempionlar Liqasının ən yaxşısıdır

“Sabah”ın qapıçısı Stas Pokatilov UEFA Çempionlar Liqasının əsas mərhələsində ən çox qurtarış edən futbolçu olub.

İctimai.az Oxu.az-a istinadən xəbər verir ki, UEFA-nın rəsmi statistikasına əsasən, 33 yaşlı qolkiper beş oyuna 31 seyvlə yadda qalıb.

Belçikanın “Brügge” klubunun qapıçısı Yan Zommer 28 qurtarışla ikinci, Portuqaliya təmsilçisi “Portu”nun qolkiperi Dioqo Koşta isə 26 seyvlə üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, “Sabah” UEFA Çempionlar Liqasının V turunda Bakıda İspaniyanın “Barselona” klubuna 1:4 hesabı ilə uduzub.

Azərbaycan çempionu daha əvvəl İngiltərənin “Mançester Yunayted”, Almaniyanın “Borussiya Dortmund” və Norveçin “Vikinq” klublarına uduzub. Təmsilçimiz yalnız Çexiyanın “Slaviya” komandasına qalib gəlib (2:0).

“Sabah” növbəti oyununu dekabrın 8-də səfərdə İspaniyanın “Vilyarreal” klubuna qarşı keçirəcək.

Oxşar xəbərlər