24/11/2026

Azərbaycanlı güləşçinin qanında qadağan olunmuş maddə tapıldı

Azərbaycanlı güləşçi Sadiq Mustafazadə antidopinq qaydalarını pozduğuna görə üç il müddətinə yarışlardan kənarlaşdırılıb.

İctimai.az xəbər verir ki, idmançının dopinq nümunəsində qadağan edilmiş “19-norandrosterone” maddəsi aşkarlanıb.

Mustafazadə antidopinq qaydalarının 2.1-ci (idmançının nümunəsində qadağan edilmiş maddənin və ya onun metabolitlərinin, markerlərinin mövcudluğu) və 2.2-ci (qadağan edilmiş maddədən və ya üsuldan istifadə, yaxud istifadə cəhdi) bəndlərini pozmaqda təqsirli bilinib.

Güləşçinin diskvalifikasiya müddəti 30 aprel 2026-cı ildən başlayıb və 29 aprel 2029-cu ildə başa çatacaq.

Oxşar xəbərlər