16/06/2026

“Mançester Siti” Haalada yeni müqavilə təklif edəcək

Premyer Liqa klubu “Mançester Siti” hücumçusu Erlinq Haalanda yeni müqavilə təklif etməyə hazırlaşır. Bu barədə “The Athletic” məlumat yayıb.

Mənbənin sözlərinə görə, norveçli inkişaf edə biləcəyi klubda olduğuna əmindir. Əvvəllər cari müqaviləsindən 2024-cü ilin yayında 150 milyon funt-sterlinqə ayrılmasına icazə verən bənd çıxarılmışdı.

Haaland bu mövsüm Premyer Liqada 28 oyuna çıxıb, 32 qol vurub və 5 məhsuldar ötürmə edib. “Transfermarkt”ın məlumatına görə, norveçli hücumçunun bazar dəyəri 170 milyon avrodur.Haaland “Mançester Siti”yə ötən yay Dortmund “Borussiya”sından keçib. Bu mövsüm onun Premyer Liqada ilk oyunudur.

Oxşar xəbərlər