Paris Saint-Germain və Argentina millisinin hücumçusu Lionel Messi ailəsi ilə birlikdə aprelin 22-də Barselonaya gəlib.
Bu barədə jurnalist Jerar Romero sosial şəbəkədə məlumat verib. Onun sözlərinə görə, argentinalı futbolçu media nümayəndələri ilə qarşılaşmamaq üçün hava limanının binasını gizli çıxış yolu ilə tərk edib. Eyni zamanda Messi ailəsi Barselonaya özləri ilə 15 çamadan gətiriblər.
2021-ci ilin avqustunda argentinalı Paris Saint-Germain-ə keçdi. O, 18 il Kataloniya klubunda qaldıqdan sonra “Barselona”dan ayrılmaq qərarına gəlib. Onunla birlikdə on dəfə İspaniya çempionu olub, dörd dəfə Çempionlar Liqasının qalibi olub.

