20/06/2026

Lənkəranda qidadan zəhərlənən 17 nəfərin adı açıqlandı

Lənkəranda qidadan zəhərlənənlərin kimlikləri məlum olub.

“Report”un Cənub bürosu onların adlarını təqdim edir:

Yusif Elşən oğlu Cəfərov – 2019-cu il
Həmzə Əhməd oğlu Hüseynov – 2018-ci il
Aysel Zaur qızı Süleymanova – 2016-cı il
Dəniz Elşən qızı Cəfərova – 2015-ci il
Rəşad Elşən oğlu Cəfərov – 2014-cü il
Bahar İsmət qızı Ağayeva – 2014-cü il
Zaman Zaur oğlu Süleymanov – 2014-cü il
Murad İsmət oğlu Ağayev – 2013-cü il
Şəfa Arzuman qızı Ağazadə – 2001-ci il
Zeynəb Əhməd qızı Hüseynova – 2010-cü il
Jalə Rizvan qızı Cəfərova – 1995-ci il
Güldanə İslam qızı Ağayeva – 1995-ci il
Aygün Vəliağa qızı Süleymanova – 1989-cu il
Günel Vəliağa qızı Ağayeva – 1988-cu il
Əzizə Xudaverdi qızı Ağayeva – 1985-ci il
Arzuman Vəliağa oğlu Ağayev – 1976-cı il
Firuzə Canəli qızı Ağayeva – 1954-cü il.

Xəstəxananın şöbə müdiri Elgiz Baxşıyevin bildirdiyinə görə, hazırda xəstəxanada 5-i uşaq, 4-ü qadın və bir nəfər kişi olmaqla 10 nəfərin müalicəsi davam etdirilir. Zəhərlənmənin hansı səbəbdən olduğunun müəyyənləşməsi üçün xəstələrdən qida qalıqlarının nümunələri götürülərək laboratoriyaya təqdim olunub.

Qeyd edək ki, kütləvi zəhərlənmə hadisəsi ötən axşam Lənkəran rayonunun ucqar dağ kəndi olan Bəlitonda, kənd sakini Arzuman Ağayevin qızının nişan mərasimində baş verib. Ev şəraitində keçirilən məclisə toplaşan 30 nəfərdən 17-si qida qəbul etdikdən bir neçə saat sonra zəhərlənmə diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Fakt üzrə rayon prokurorluğunda araşdırma aparılır.

Oxşar xəbərlər