Türkiyənin Milli Müdafiə Nazirliyi Sudanda Türkiyə Silahlı Qüvvələrinə məxsus təyyarənin atəşə tutulması faktını təsdiqləsə də ekipaj üzvlərindən heç kimin xəsarət almadığını açıqlayıb.
“Sudana təxliyə üçün göndərdiyimiz “S-130” təyyarəsinə atəş açılıb. Təyyarə təhlükəsiz eniş edib. İnsident nəticəsində xəsarət alan olmayıb”, – Türkiyənin Milli Müdafiə Nazirliyinin yaydığı bəyanatda qeyd olunur.
Qeyd edək ki, Türkiyə hökuməti öz vətəndaşlarını və diplomatlarını hazırda vətəndaş müharibəsinin yaşandığı Sudandan çıxarmaq barədə qərar qəbul edib.

