Rusiyanın İspaniyadakı səfiri Yuri Klimenko diplomatik missiyanın sosial şəbəkələrdə dərc olunması ilə əlaqədar İspaniya Xarici İşlər Nazirliyinə çağırılıb.
Bu barədə “El Confidential” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, xarici və qlobal məsələlər üzrə dövlət katibi Anceles Moreno Rusiya səfiri ilə görüşüb. O, Klimenkodan Ukraynadakı münaqişə ilə bağlı videoçarxın səfirliyin “Twitter” səhifəsində yerləşdirilməsini izah etməyi xahiş edib.
Mart ayında Rusiyanın İspaniyadakı səfirliyi krallıq ilə Rusiya arasındakı münasibətlərin İspaniya hakimiyyətinin “rusofob xətti” səbəbindən demək olar ki, tamamilə “dondurulduğunu” bəyan edib.

