“Kommersant” qəzeti öz məlumatlarına istinadən yazır ki, “Microsoft” Rusiya bazarında mövcudluğunu qoruyub saxlamağa çalışır.
Qəzet mənbəyə istinadən yazır: “Bir sıra beynəlxalq şirkətlərin Rusiya nümayəndəlikləri Microsoft-un ilin əvvəlindən əməkdaşlığı davam etdirmək təkliflərini almağa başlayıblar.
Qəzetin həmsöhbətinin sözlərinə görə, “Microsoft” Rusiya bazarını itirmək istəmir, Rusiya Federasiyasındakı hüquqi şəxsi bağlamır və proqram təminatının dəstəklənməsinə və onun yenilənməsinə davam etmək yollarını tapmağa çalışır.
Ümumilikdə, qəzetin məlumatına görə, təxminən 1 min təşkilat proqram təminatı lisenziyalarının yenilənməsi təklifi ilə məktublar alıb.

