Sudan Silahlı Qüvvələri “Facebook” sosial şəbəkəsində atəşkəsi əlavə 72 saat uzatmağa razı olduqlarını bildirib.
“Səudiyyə və Amerika tərəflərinin müxtəlif ölkələrdən əcnəbilərin təxliyəsi prosesi üçün uyğun şəraitin yaradılması və vətəndaşlarımız üçün humanitar aspektlərin təşviqi məqsədilə vəziyyətin yumşaldılmasına və atəşkəsin uzadılmasına kömək etmək üçün göstərdikləri səylər sayəsində, Silahlı qüvvələr təklif olunan atəşkəsin əlavə 72 saat uzadılmasına razılıq veriblər”, – mesajda deyilir.

