Səudiyyə Ərəbistanının “Əl-Nasr” futbol klubu komanda prezidenti Musalli Əl-Müəmmarın portuqaliyalı hücumçu Kriştiano Ronaldonun transferi ilə klubun aldadılması ilə bağlı mətbuatda yer alan sözlərini təkzib edib.
38 yaşlı hücumçu 2023-cü ilin yanvarında “Əl-Nasr”a keçib.
“İspan mətbuatında ArabiaNews50 adlı mənbəyə istinadla dərc olunan bəyanatlar yalandır, forma və məzmunca reallığa uyğun gəlmir.
Klubumuzun prezidenti son vaxtlar heç müsahibə də vermir, onun hansı mənbə olduğunu heç kim bilmir – ArabiaNews50.
Açığı, bu kiminsə pis zarafatı idi, amma bəzi media bunu real bəyanat kimi qəbul etdi. Ronaldonun iki il yarımlıq müqaviləsi var və oyunçu öz mövqeyindən razıdır “deyə Antena2 “Əl-Nasr”ın mətbuat xidmətinin rəhbəri Əl Vəlid əl Muhaidabdan sitat gətirir.

