İsveç Qılıncoynatma Federasiyası öz idmançılarının ruslar və belaruslarla yanaşı yarışlarda iştirakına qadağa tətbiq etdiyini açıqlayıb. Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Qərar Skandinaviya, Avropa və beynəlxalq səviyyəli yarışlara şamil edilir. Bəyanatda o da qeyd olunur ki, İsveç Qılıncoynatma Federasiyası digər Skandinaviya ölkələrinin federasiyaları ilə birlikdə Beynəlxalq Qılıncoynatma Federasiyasının (FIE) rus və belarusluların beynəlxalq turnirlərdə iştirakına icazə vermə qərarına qarşıdır.
Yanvarın 25-də Beynəlxalq Olimpiya Komitəsi (BOK) Ukrayna ərazisində xüsusi əməliyyatın keçirilməsinə dəstək ifadə etməyən rusiyalı idmançıların neytral statusda beynəlxalq yarışlarda iştirakına icazə verilməsi imkanını nəzərdən keçirdiyini açıqlayıb.

