RMF FM radiostansiyası xəbər verir ki, Polşa Birləşmiş Ştatlardan Bydgoszcz şəhəri yaxınlığında tapılan raketlə bağlı insidentin araşdırılmasına köməklik göstərməsini xahiş edib.
“Polşa xidmətləri bu işdə Amerika xidmətləri ilə əməkdaşlıq edir”, – mənbə bildirib.
Nəşrin məlumatına görə, Polşa tərəfi ABŞ-dan düşmüş raketin mənşəyi və marşrutunu müəyyən etməyə imkan verəcək materialları almağa ümid edir.
Polşa Müdafiə Nazirliyi hesab edir ki, raket hələ ötən ilin dekabrında, Rusiya Ukraynaya kütləvi raket hücumu həyata keçirərkən buraxıla bilərdi və bunun daha sonra baş verən hadisə olduğu versiyaları da nəzərdən keçirilir.

