Amerikalı model və influencer Kollin Haydeman “Vogue Portugal” jurnalının may buraxılışı üçün poza verib. Müvafiq fotolar nəşrin rəsmi İnstaqram hesabında yer alıb.
73 yaşlı Colleen Heideman hedonizmə həsr olunmuş buraxılışın üz qabığına çıxıb. Fotoqraflar Gil Domen və Kenneth van de Velde şişmə butulka formalı döşək üzərində uzanan modeli çəkiblər. O, əynində Dolce&Gabbana bəbir desenli kombinezon və qızılı Schiaparelli sırğaları taxıb.
Heydemandan başqa, çərçivəyə üzgüçülük şortu geyinmiş iki atletik gənc və bir pug daxil olub.

