17/06/2026

Aktrisa Baran Kusari İranda hicabsız ictimaiyyətə göründüyünə görə ittiham olunur

İranda məşhur aktrisa Baran Kosariyə ictimai yerlərdə hicabsız göründüyü üçün iş açıblar.

RİA Novosti xəbər verir ki, bu barədə İranın Tasnim agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, aktrisa mayın 5-də aktyor Hesam Mahmudinin dəfn mərasimində hicabsız iştirak edib. Agentlik qeyd edir ki, aktrisanın mərasimdən fotoları dərhal internetdə və bəzi mediada yayılıb.

“Hicaba riayət etmədiyinə görə bu aktrisaya qarşı məhkəmə işi açılıb və aidiyyəti orqanlara göndərilib”, – məlumatda deyilir.

Oxşar xəbərlər