Almaniya Xarici İşlər Nazirliyi mayın 9-da Berlində Çinin xarici işlər naziri Qin Gang-ı gözlədiklərini bildirib

Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, Çinin xarici işlər naziri Qin Qang çərşənbə axşamı, mayın 9-da Berlinə gələcək.

Bu barədə “Reuters” məlumat yayıb.

Daha əvvəl Reuters agentliyi Çin Xarici İşlər Nazirliyinə istinadən məlumat vermişdi ki, Qin Qanq mayın 8-dən 12-dək Almaniya, Fransa və Norveçə səfər edəcək.

Səudiyyə Ərəbistanının “Asharq Al-Awsat” qəzetinə müsahibə verən Qin Gang, həmçinin bildirib ki, Çin hakimiyyəti ABŞ-ın onların Avropa ilə münasibətlərinə müdaxiləsini qəbul etmir.

Oxşar xəbərlər