Avropa Parlamenti Aİ iqtisadiyyatının sürətləndirilmiş hərbiləşdirilməsinə səs verməyi planlaşdırır

Avropanın Politico nəşri xəbər verir ki, Avropa Parlamenti Avropa İttifaqının iqtisadiyyatının sürətləndirilmiş hərbiləşdirilməsinə səs verməyi planlaşdırır.

Söhbət AK-nin Aİ iqtisadiyyatının hərbiləşdirilməsi ilə bağlı təkliflərinin təsdiqi prosedurunun maksimum sürətləndirilməsindən gedir. Qeyd olunur ki, bu ehtiyaclar üçün Avropa İttifaqının büdcəsindən 500 milyon avro, Sülh Naminə Avrofonddan isə 1 milyard avro ayrılacaq.

Nəşr yazır ki, Avropa Parlamentinin aparıcı millətlərarası fraksiyası olan Avropa Xalq Partiyasının (EPP) lideri Manfred Veber bu qanun layihəsini AP komitələrində bütün müzakirələrdən yayınaraq, mayın 31-dən gec olmayaraq qəbul etməyə çalışır.

Oxşar xəbərlər