Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov Qələbə Günü şərəfinə keçirilən paradda iştirak etmək üçün Moskvaya gəlib.
Bu barədə TASS Türkmənistanın Rusiya Federasiyasındakı səfirliyinə istinadən məlumat yayıb.
“Prezidentin Qələbə Paradında iştirak etmək üçün Moskvaya gəldiyini təsdiq edirik”, – səfirlikdən bildiriblər.
Bundan əvvəl ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patel bildirib ki, mayın 9-da Moskvada keçiriləcək Qələbə günü paradında xarici liderlərin iştirakı onların öz seçimidir.

