NBCUniversal-ın satış direktoru Linda Iaccarino Twitter-in yeni baş direktoru olmaq üçün danışıqlar aparır. Bu barədə “The Wall Street Journal” mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Iaccarino 10 ildən çox NBCUniversal-da işləyib. Bütün karyerası boyunca o, reklamın effektivliyini qiymətləndirmək üçün təkmilləşdirilmiş üsulları müdafiə etmişdir.
Bundan əvvəl amerikalı iş adamı və Twitter-in sahibi İlon Mask sosial şəbəkəyə yeni rəhbər tapdığını bildirmişdi.

