22/07/2026

Tayvan, PLA Hərbi Dəniz Qüvvələrinə aid 32 təyyarənin adaya yaxınlaşdığını iddia edir

Son 24 saat ərzində Tayvan adaya yaxınlaşan Çin Xalq Azadlıq Ordusunun (PLA) Hərbi Dəniz Qüvvələrinin 32 təyyarəsi və 4 gəmisini qeydə alıb. Bu barədə TASS məlumat yayıb.

13 təyyarənin cənub-qərb, cənub-şərq və şimal-şərq hissələrində Tayvan Hava Hücumundan Müdafiə Müəyyənetmə Zonasına daxil olduğu, həmçinin Tayvan boğazının median xəttini keçdiyi iddia edilir. Onların arasında: BZK-005 tipli kəşfiyyat pilotsuz uçan aparatı, Y-8 radar kəşfiyyat təyyarəsi, CH-4 kəşfiyyat və zərbə PUA, SU-30, J-16 və J-10 qırıcıları, həmçinin TB-001 hərbi pilotsuz təyyarə. Tayvan hərbçiləri hava patrullarını artırmaq, radio xəbərdarlıqları yaymaqla və zenit-raket sistemlərini yerləşdirməklə cavab verib.

Oxşar xəbərlər