17/06/2026

Fransanın keçmiş prezidenti Sarkozi bir il müddətinə azadlıqdan məhrum edilib

Parisin Apellyasiya Məhkəməsi mayın 17-də Fransanın eks-prezidenti Nikolya Sarkozinin nüfuz alveri işi üzrə çıxardığı hökmü qüvvədə saxlayıb.

Bu barədə Agence France-Presse məlumat yayıb.

Məhkəmənin hökmünə əsasən, siyasətçi bir il real azadlıqdan məhrum edilib, həmçinin ona iki il şərti cəza verilib.

Bundan əvvəl bildirilmişdi ki, Fransa milli maliyyə prokurorluğu Liviyanın 2007-ci il prezidentlik kampaniyasını maliyyələşdirməsi ilə bağlı keçmiş prezident Nikola Sarkozi və daha 12 nəfərə qarşı mühakimə olunmasını tələb edib.

Oxşar xəbərlər