17/06/2026

Yaponiyanın baş naziri Kişida Avstraliyaya səfərini ləğv edib

Yaponiyanın Baş naziri Fumio Kişida QUAD (ABŞ, Yaponiya, Avstraliya və Hindistan ilə dördtərəfli təhlükəsizlik dialoqu) iclasının ləğvi səbəbindən Avstraliyaya planlaşdırılan səfərini ləğv edib.

Bu barədə Nikkei Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsunoya istinadən məlumat yayıb.

Yaponiya baş nazirinin iştirak edəcəyini gözlədiyi tədbir Sidneydə keçirilməli idi.

“Baş nazirin Avstraliyaya səfəri görüşün ləğvi səbəbindən baş tutmayacaq”, – Matsuno izah etdi.

Oxşar xəbərlər