Bosniya və Herseqovinanın Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri Dusko Peroviç bildirib ki, Serb Respublikası Rusiya qazının pulunu rublla ödəməyə hazırdır.
Bu barədə RİA Novosti məlumat yayıb.
Peroviçin sözlərinə görə, “Qazprom” əsas müqaviləni hər il yenilədiyi üçün BH bazar qiymətini alır, lakin köhnə düsturla.
“Biz rublla ödəməyə hazırıq. Bu texniki sualdır. Təbii ki, bu gün biz ödənişlə bağlı çətinliklərlə üzləşirik, çünki müxbir banklar vasitəsilə köçürmələr gecikir”, – Serb Respublikası ofisinin rəhbəri bildirib.
Mənbə: RİA Novosti

