İsveç NATO-ya üzv olmaq üçün Türkiyə ilə əlaqə saxladığını açıqlayıb

İsveçin baş naziri Ulf Kristersson bildirib ki, Stokholm Türkiyədə keçirilən prezident seçkilərindən sonra Şimali Atlantika Alyansına qoşulma məsələsində Ankara ilə əlaqə saxlayıb.

Bu barədə TASS məlumat yayıb.

“Bizim [türk tərəfdaşlarla] bir sıra təmaslarımız olub, o cümlədən ötən bazar günü keçirilən prezident seçkilərindən sonra. Təbii ki, biz bu konkret məsələdə Türkiyə tərəfi ilə daim əlaqə saxlayırıq”, – Kristersson bildirib.

Bundan əvvəl ABŞ prezidenti Co Bayden türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla İsveçin NATO-ya daxil olmasını müzakirə etdiyini və onu bu məsələni həll etməyə çağırdığını bildirib. O əlavə edib ki, dövlət başçıları bu mövzuda əlaqələri davam etdirmək barədə razılığa gəliblər.

Mənbə: TASS

Oxşar xəbərlər