NATO-nun baş katibi Yens Stoltenberq Osloda keçirdiyi mətbuat konfransında bildirib ki, NATO Kosovoya əlavə 700 hərbçi yerləşdirəcək və əlavə olaraq lazım gələrsə, yerləşdirmək üçün daha bir batalyon hazırlayacaq.
“NATO əməliyyat ehtiyatından Kosovoya əlavə 700 hərbçi göndərəcək və bunun üzərinə daha bir batalyonun hazırlıq səviyyəsini artıracaq”, – deyə o bildirib.
O, Kosovodakı Alyans Qüvvələrinin mandatı yerinə yetirmək üçün hər cür imkana malik olması üçün bütün tədbirləri görəcəyinə söz verib.
Mənbə: BBC

