Suriya Xarici İşlər Nazirliyi Ukraynanı Kaxovka su elektrik stansiyasının dağıdılmasına görə kəskin şəkildə qınayıb.
Bu barədə SANA agentliyi Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.
Xəbərdə deyilir ki, Suriya bəndin Kiyev rejimi tərəfindən dağıdılmasını, böyük dağıntılara və geniş ərazilərin su altında qalmasına səbəb olmasını qətiyyətlə pisləyir. Departament hadisəni də “terror aktı” adlandırıb.
“Suriya Atlantik təcavüzünə qarşı Rusiya ilə mütləq həmrəyliyini bir daha təsdiqləyir və beynəlxalq ictimaiyyəti Kiyev rejiminin ehtiyatsız davranışını və Qərb təcavüzünün eskalasiyasını cilovlamaq üçün qətiyyətli addımlar atmağa çağırır”, – mənbə bildirib.
Mənbə: Lenta.ru

