Avropa Komissiyası bildirib ki, “Rusiyanın ölkənin daxili təhlükəsizliyinə təsirinin” öyrənilməsi ilə bağlı Polşa qanunu demokratiya prinsiplərini və qanunvericilik aktının geriyə qüvvəyə malik olmaması tələbini pozur.
Bu barədə AK-nın bəyanatında deyilir.
İyunun 8-də Aİ Rusiya Federasiyası ilə bağlı sözügedən təşəbbüslə əlaqədar Avropa qanunvericiliyinin pozulması ilə bağlı Polşaya rəsmi bildiriş göndərib.
“Avropa Komissiyası hesab edir ki, bu (qanun. – Qeyd) demokratiya prinsiplərini, qanunun geriyə qüvvədə olmama prinsiplərini, hüquqi müdafiə hüququnu, Aİ-nin məlumatların mühafizəsi qaydalarını pozur”, – bəyanatda deyilir.
Mənbə: BBC

