İngiltərənin “Mançester Yunayted”i İspaniyanın “Real”ının uruqvaylı futbolçusu Federiko Valverdeni ala bilər.
Bu barədə Euro-Futbol.Ru Todofichajes-ə istinadən xəbər verir.
Mənbənin məlumatına görə, Madrid klubu 24 yaşlı yarımmüdafiəçini 100 milyon avroya satmağa hazır olacaq.
Qeyd olunur ki, “Real Madrid” “qırmızı şeytanlar”la dialoqa açıq olacaq. İspanlar danışıqlara başlamaq üçün başlanğıc məbləğ olaraq 100 milyon avronu nəzərdən keçirir.
2022/2023 mövsümündə Valverde Real Madridin heyətində bütün turnirlərdə 56 oyun keçirib, 12 qol vurub və 7 məhsuldar ötürmə edib.
Mənbə: Goal

