Fransanın L’Équipe nəşri xəbər verir ki, Paris Saint-Germain, hücumçu Kilian Mbappeni mövsümlərarası fasilədə satmaq üçün oyunçunu bu qədər bahalı alış-verişi ödəyə bilən bütün klublara birbaşa təklif edir.
Buna baxmayaraq, indiyədək potensial alıcılardan heç biri forvard almaqda maraqlı olmayıb.
Futbolçunun klubla müqaviləsi 2023/24 mövsümünün sonunda başa çatır. Onun müqavilənin 2025-ci ilə qədər uzadılması variantı var. İyunun 12-də mətbuatda Mbappenin PSJ rəhbərliyinə rəsmi məktub göndərdiyi və onun heç bir halda 2025-ci ilə qədər komandada qalmayacağını bildirdiyi barədə məlumat yayılıb. Müqavilə başa çatdıqdan sonra hücumçunu heç bir təzminatsız buraxmamaq üçün Paris klubu futbolçu üçün alıcı axtarmağa məcburdur.
Mənbə: TRT Spor

