17/06/2026

Ukrayna İdman Nazirliyi ukraynalı idmançıların ruslarla yarışmasını qadağan edən əmri dəyişib

RBC-Ukrayna xəbər verir ki, Ukrayna Gənclər və İdman Nazirliyi ukraynalı idmançıların Rusiya və Belarus idmançılarının mübarizə apardığı beynəlxalq yarışlarda iştirakını qadağan edən sərəncamın mətninə dəyişiklik edib.

Dəyişikliklər yalnız bir ifadəyə aiddir. İndi mətndə “qadağa” sözü əvəzinə Ukraynanın ruslar və belaruslarla yarışlara nümayəndə heyətləri göndərilməyəcəyi göstərilir.

Ukraynanın Gənclər və İdman Nazirliyi aprel ayında Rusiya və Belarus idmançılarının buraxıldığı yarışlarda Ukrayna milli komandalarının nümayəndə heyətlərinin iştirakına qadağa qoyub.

Mənbə: Sport.ru

Oxşar xəbərlər