26/06/2026

Kiyevdə Yuri Qaqarinin büstü sökülüb

Kiyevdə Sovet kosmonavtı Yuri Qaqarinin Yuri Pasxalin küçəsi, ev 15-də yerləşən büstü sökülüb.

Bu barədə  “Dekolonizasiya” telegram kanalında paylaşım edilib.

Kanalda abidədən yalnız bir postamentin qaldığını göstərən foto yayımlanıb.

Büst Ukrayna paytaxtının Darnitsa rayonunda Məktəbli Gənclərin Texniki Yaradıcılıq və Peşə Rəhbərliyi Mərkəzinin həyətində yerləşirdi. O, 1966-cı ildə Yuri Qaqarinin Kiyevə səfəri şərəfinə quraşdırılıb. Abidə boz qranitdən hazırlanmış heykəltəraşlıq büstüdür. Büst düzbucaqlı postamentdə, Qaqarin isə abidədə uçuş dəbilqəsi olmadan təsvir edilmişdir.

Mənbə: Lenta.ru

Oxşar xəbərlər