26/06/2026

ABŞ prezidentliyinə namizədin videosu Youtube-dan silinib

NBC News xəbər verir ki, ABŞ prezidentliyinə namizəd kiçik Robert Kennedinin yer aldığı video YouTube-dan silinib.

YouTube bu addımını siyasətçinin peyvənd əleyhinə açıqlamaları ilə izah edib. Silinmiş videoda Kennedi növbəti dəfə vaksinlərdən istifadəyə qarşı çıxış edib ki, bu da videohostinqin ümumi siyasətinin pozulması hesab olunur. YouTube tibb ictimaiyyəti tərəfindən tanınan nadir yan təsirlərdən əlavə, peyvəndlərin xroniki yan təsirlərə səbəb olduğunu göstərən məzmunu qadağan edir.

Silinən videonun 95 dəqiqə olduğu bildirilir. Orada Kennedi məşhur kanadalı bloger Cordan Petersona müsahibə verib. Həm Kennedi, həm də Peterson videonun silinməsini qətiyyətlə pisləyiblər. Onlar YouTube-u seçki kampaniyasına müdaxilə etməkdə ittiham ediblər.

Mənbə: Haber Global

Oxşar xəbərlər