26/06/2026

Hindistanın Baş naziri Modi İlon Maskla görüşəcək

Hindistanın baş naziri Narendra Modi ABŞ-a səfəri zamanı Tesla şirkətinin qurucusu İlon Maskla görüşəcək.

Bu barədə ANI News agentliyi xəbər verir.

Agentliyin məlumatına görə, Modi astrofizik və elmi populyarlaşdıran Neil DeQrasse Tayson və yazıçı Nassim Taleb ilə də görüşlər keçirəcək. Ümumilikdə siyasətçinin iş qrafikinə sahibkarlar, Nobel mükafatı laureatları, iqtisadçılar, incəsənət xadimləri və elm adamları ilə 24 görüş daxildir.

Bundan əvvəl Hindistan xarici işlər nazirinin birinci müavini Vinay Mohan Kvatra bildirmişdi ki, ABŞ-a ilk dövlət səfəri zamanı Hindistan hökumətinin başçısı Modi ABŞ prezidenti Co Baydenlə görüşəcək. Hər iki lider müxtəlif sahələrdə ikitərəfli strateji tərəfdaşlığı müzakirə edəcəklər.

Oxşar xəbərlər